Ceyhun Bayramov onlara yeni vəzifə verdi

Ceyhun Bayramov onlara yeni vəzifə verdi Təhsil Nazirliyində bir neçə kadr dəyişikliyi baş verib.
Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Vəfa Yaqublu Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
V.Yaqublu bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunun direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov vəzifəsindən azad olunub. O, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini təyin edilib.
Təhsil nazirinin müvafiq əmri ilə Emin Əmrullayev Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər