
Bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.
Məlumata görə, mayın 2-də İsrail Suriyaya qarşı genişmiqyaslı hava zərbələri endirib. Vurulan hədəflər arasında Türkiyənin dəstəklədiyi “Sultan Murad” və “Süleyman Şah” qruplaşmalarının bazaları da olub.
Bundan sonra Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail hərbi təyyarələrinə elektron hərb sistemləri vasitəsilə xəbərdaredici siqnallar ötürüblər.
Hər iki tərəf insidentsiz geri çəkilib.
Tehsil-press.az