İsrail Dəməşqi raketlə vurdu - 3 ölü, 4 yaralı

İsrail Dəməşqi raketlə vurdu - 3 ölü, 4 yaralı İsrailin Dəməşqdəki iki yaşayış məntəqəsinə endirdiyi raket zərbələri nəticəsində 3 mülki şəxs həlak olub.
Bu barədə Suriyanın Dövlət İnformasiya Agentliyi (SANA) açıqlama yayıb:
“İsrail ordusunun Dəməşq əyalətində yerləşən Əl-Huceyra və Əl-Ədliya qəsəbələrindəki yaşayış binalarına raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb”.
Qeyd edək ki, “Sputnik” agentliyinin verdiyi məlumata görə, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin Dəməşqə bu səhər həyata keçirdiyi hava hücumlarını dəf etdiyi açıqlanmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər