
Bunu açıqlamasında xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallı deyib.
Onun sözlərinə görə, mayın 3-dən Türkiyədədir: "Hazırda həkimlərlə görüşürəm. İlkin mərhələ üçün analizlər verirəm. Analizlərin cavabından sonra hansı xəstəxanada müəlicəyə başlayacağım müəyyənləşəcək. Hələ ki uzun müddət burada qalacağam".
Jurnalist onu da vurğulayıb ki, analizlərin nəticəsindən sonra xəstəliklə mübarizədə dəstək üçün xalqa müraciət edəcək.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il azadlıqdan məhrum olunmuş Əvəz Zeynallı bu il aprelin 25-də xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad edilib.
O, bağırsaq xərçəngindən əziyyət çəkir.
Tehsil-press.az