
Mərhum hakim “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə keçirilən məhkəmə prosesinə sədrlik edib. Samir Əliyev həmin prosesdə Nicat Şakirlinin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm çıxarmışdı.
Qeyd edək ki, Samir Əliyev əmək fəaliyyətinə 1994-cü ildə Nəsimi Rayon Məhkəməsində məhkəmə katibi kimi başlayıb. 1998–2008-ci illərdə Ali Məhkəmədə vətəndaşların qəbul və müraciətlərinə baxılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2008–2015-ci illərdə Sabunçu Rayon Məhkəməsinin hakimi olub. 2016-cı ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.
Tehsil-press.az