Bu şəxslərə vəzifə veriləcək - SİYAHI

Bu şəxslərə vəzifə veriləcək - SİYAHI Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihədə əksini tapıb.

Layihəyə əsasən, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Füzuli rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək:

-Allahverdiyev Elbəy Hidayət oğlu;

-Əyyubov Fərid İlham oğlu;

-Sarıyev Xəyal Əjdər oğlu.

Eyni zamanda layihəyə əsasən, vəzifələri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək:

Həmçinin layihəyə əsasən, vəzifələrinin dəyişdirilərək Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.

Layihəyə əsasən, vəzifələrinin dəyişdirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək

Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək

Tehsil-press.az

Oxşar xəbərlər