
Respublika Narkoloji Mərkəzin psixoloqu, BDU-nun müəllimi Ramin Allahverdiyev narkomaniya probleminin psixoloji əsasları, asılılığın yaranma mexanizmi, müalicə və reabilitasiya yolları, eləcə də ailə və cəmiyyətin bu istiqamətdə rolu barədə ətraflı məlumat verib. O, real həyatdan nümunələr əsasında narkotik maddələrə meylliliyin hansı fəsadlara səbəb olduğunu diqqətə çatdıraraq, gəncləri ayıq və məsuliyyətli olmağa çağırıb.
Görüş tələbələrin reabilitasiya prosesi və asılılıq əlamətlərinə dair suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az