
Bunu “Doyç Velle”nin şərhçisi Konstantin Egert bildirib.
Onun sözlərinə görə, Ukrayna üçün ABŞ-la normal münasibətləri qoruyub saxlamaq çox vacibdir ki, yardımlar, xüsusilə də hərbi yardımlar dayandırılmasın.
“Rusiya rəhbərliyi üçün isə Ukrayna ilə əməkdaşlığa hazır olduğu illüziyasını yaratmaq və hansısa abstrakt sülhü müzakirə etmək vacibdir. Əks halda Kreml Ağ Evin Rusiyayla əməkdaşlığın mənasız olduğuna qərar verəcəyindən və yeni, daha ağrılı sanksiyalar tətbiq edə biləcəyindən qorxur.
Putini yalnız onun rejiminin sabitliyinə təhdid və hakimiyyəti itirmək perspektivi dayandıra bilər. Hazırda bu perspektiv görünmür. Hələ ki, 5 milyon rubl qarşılığında müharibəyə getmək istəyənlər kifayət qədərdir”, - Egert vurğulayıb.
Tehsil-press.az