Prezident Zelenski Rusiya ilə danışmaq istəmir – AÇIQLAMA

Prezident Zelenski Rusiya ilə danışmaq istəmir – AÇIQLAMA Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını deyib.
Ukraynanın dövlət başçısı CNN televiziyasına müsaibəsində bildirib ki, Rusiyanın mövqeyi konstruktiv deyil.
Ukrayna prezidenti qeyd edib ki, razılaşma yalnız Rusiya ordusunun hərbi birləşmələri Ukrayna ərazisini tərk etdikdən və işğala son qoyduqdan sonra mümkün ola bilər:
“Hazırda Rusiyanın konstruktiv olmaq üçün heç bir istəyinin olmadığı açıq görünür. Mənim prinsipim budur: ultimatum verənlərlə heç nə danışmıram”.

Tehsil-press.az

Oxşar xəbərlər