
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrail Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə görüşüb.
Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.
18:08
İsrailin müdafiə naziri İsrail Katz Təl-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşüb.
Bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
Görüş zamanı İ.Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.
İsrail müdafiə naziri İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.
Tehsil-press.az