Zakir Həsənov Nurla hərbi əməkdaşlığı müzakirə etdi

Zakir Həsənov Nurla hərbi əməkdaşlığı müzakirə etdi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somalinin müdafiə naziri Abdulqadir Məhəmməd Nur ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələr arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər