İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu

İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.

Qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri təyin edilib.

Fuad Xəlilov bundan əvvvəl mobil cihazlarınızın alışı və satışını həyata keçirən "EasyCep Azərbaycan" Şirkətinin İdarə Heyətinin sədri olub.

Tehsil-press.az

Oxşar xəbərlər