Naxçıvan Dövlət Universiteti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti  və Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası  arasında Əməkdaşlıq Memorandumu imzalanıb Mayın 19-da Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) arasında universitetdə görüş olub.

Görüşdə Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndələri iştirak edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yeni əməkdaşlığın qurulması təşəbbüsünü yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına yönəldiyini bildirib. Universitetin ümumi fəaliyyətindən, kampusundan, çoxşaxəli kadr hazırlığından bəhs edib. Rektor ali təhsil müəssisəsinin 10 fakültə, 45 kafedra, 3 kollec, 2 elmi tədqiqat institutu, 1 rəsədxana, 1 Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya ilə fəaliyyət göstərdiyini və 4 istiqamətdə 250-ə yaxın proqram üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanıldığını vurğulayıb. Tələbəyönümlü təhsil sistemi tətbiq edildiyini, azərbaycan dili ilə yanaşı tədrisi ingilis dilində olan ixtisasların da tədris olunduğunu əlavə edib, dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələrin olduğunu və 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbənin təhsil aldığını qeyd edib. Elbrus İsayev birgə əlaqələrin qurulmasında ümumilikdə əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı tərəf kimi gözləntilərinin yüksək olmasına, dövlət-universitet əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev görüşdən məmnunluq ifadə edib, birgə əməkdaşlıqların rəqabətədavamlı kadrların hazırlanmasına və bir sıra yeniliklərə əsas olacağını vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov qurulacaq ortaq fəaliyyəti əhəmiyyətli və uğurlu əməkdaşlıq olaraq qiymətləndirib. Konfederasiyanın fəaliyyətindən, mövcud əməkdaşlıqlarından bəhs edib. NDU ilə ciddi işbirliyinin daha uğurlu göstəricilərin əldə olunmasına vəsilə olacağını ifadə edib, əməkdaşlıq çərçivəsində səmərəli olacaq təklifləri səsləndirib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev görüşdən məmnunluğunu bildirib. Qeyd edib ki, görüş hər iki qurum arasında tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək mahiyyətini ifadə edir. Vurğulanıb ki, əməkdaşlıq hər iki tərəfin mövcud imkanları çərçivəsində qarşılıqlı faydalı olmaq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini birləşdirmək istəklərinə əsaslanır. Perspektivdə planlaşdırılan fəaliyyətlərin aktiv işbirliyinə hədəfləndiyini söyləyib, turizm, iqtisadiyyat, maliyyə, sosial iş və digər sahələrdə mövcud təcrübələrin bölüşülməsində maraqlı tərəf kimi uğurlu əməkdaşlığın nəzərdə tutuluduğunu ifadə edib.

Memorandumun şərtlərinə əsasən hər iki Tərəf üçün qarşılıqlı maraq kəsb edən digər istiqamətlərdə birgə işlər təşkil etmək və həyata keçirmək planlaşdırılıb. Aparılan ikitərəfli müzakirələrdən sonra Memorandumdan irəli gələn məsələlərin operativ həlli məqsədi ilə məsul şəxslər təyin edilib, işçi qrupların yaradılmasına qərar verilib və Əməkdaşlıq Memorandumu imzalanıb.

Sonda birgə əməkdaşlıq münasibəti ilə görüşdən xatirə olaraq qarşılıqlı hədiyyə təqdim edilib və foto çəkilib.

Naxçıvan Dövlət Universiteti  və Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası  arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Naxçıvan Dövlət Universiteti  və Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası  arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Naxçıvan Dövlət Universiteti  və Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası  arasında Əməkdaşlıq Memorandumu imzalanıb


Tehsil-press.az

Oxşar xəbərlər