Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında görüş keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında görüş keçirilib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında görüş keçirilib.

10 dekabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini Anar Kərimovun iştirakı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə işgüzar görüş baş tutub.

Görüşdə tərəflər arasında əlaqələrin yenidən qurulması, tələbələrin müvafiq ixtisaslar üzrə təcrübə keçmələri üçün mövcud kvotanın artırılması, təlimlərin, elmi seminar və konfransların təşkili, habelə əmək bazarında Akademiya məzunlarının fəal iştirakının təmin olunması kimi məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Orxan Ərəbov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Nürəngiz Mikayılova iştirak ediblər.

Tərəflər əməkdaşlıq çərçivəsində müzakirə olunan istiqamətlərin icrası ilə bağlı müvafiq tədbirlər planının hazırlanması barədə razılığa gəliblər.

Tehsil-press.az

Oxşar xəbərlər