
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva tərəfindən qarşılıqlı imzalanan memoranduma əsasən tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqatlar üzrə birgə fəaliyyətin həyata keçirilməsi, birgə ekspedisiyaların təşkili, Naxçıvan florasında yayılan endemik növlərin coğrafi areallarının tədqiq edilməsi, onların əmələgəlmə yerlərini dəqiqləşdirmək üçün beynəlxalq və birgə elmi tədqiqatların aparılması, bitki nümunələrinin toplanması, onların müasir taksonomik strukturunun dəqiqləşdirilməsi və qiymətləndirilməsi üçün müştərək elmi tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi nəzərdə tutulub.
Tehsil-press.az