
Vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun Ermənistanla əlaqələrini və digər cinayətlərini etiraf etdiyini bildirib.
Belə ki o, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.
Z.İbrahimovun Bakıda həbsdə olan keçmiş qondarma-terrorçu rejimin liderləri Ruben Vardanyan və Araik Arutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı açıqlanıb.
Onun Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.
Tehsil-press.az