Qondarma rejimin "25-ci müstəqillik günü" təxribatlarına tutarlı cavab

Qondarma rejimin Qondarma rejimin "25-ci müstəqillik günü" ilə bağlı Ermənistan tərəfindən təşkil edilən təxribat xarakterli tədbirlərə Çili mətbuatında tutarlı cavab verilib.

XİN-dən Tehsil-press.az-a verilən məlumata görə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "25-ci müstəqillik günü" ilə bağlı Ermənistan tərəfindən təşkil edilən təxribat xarakterli tədbirlərə cavab olaraq sentyabrın 6-da Azərbaycanın Çilidəki Diplomatik Missiyası tərəfindən Çilinin ən aparıcı və geniş oxucu kütləsinə malik “El Mercurio” və “La Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust tarixli bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc edilib.
Məqalələrdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” ilə bağlı 15-18 sentyabr tarixində Xankəndidə beynəlxalq gənclər konfransının təşkil edilməsi və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsi olduğu bildirilir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumat verilir.
Həmçinin, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlərin yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət etdiyi vurğulanaraq, qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırılır.


Tehsil-press.az

Oxşar xəbərlər