
Bu vəzifəyə jurnalist İsmayıl Yaşaroğlu təyin edilib.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Ülviyyə Zülfüqar çalışıb.
Sabah bu barədə rəsmi xəbərin yayılacağı gözlənilir.
Qeyd edək ki, Qərbi Azərbaycan Tv-nin rəhbəri Jurnalist Ülviyyə Zülfüqar özünün sosial şəbəkə hesabında bununla bağlı açıqlama yayıb:
“Bu gün öz istəyimə əsasən, səhhətimlə əlaqədar üç ilə yaxın çalışdığım Qərbi Azərbaycan İcması və Televiziyası ilə yollarımızı ayırdım. İcma mənim üçün fərqli bir təcrübə, çox gözəl bir yol oldu. Qərbi Azərbaycan kimi müqəddəs bir amal yolunda mənim də qatqılarım olduğu üçün qürur duyuram.
Bir müddət fəaliyyətimə həm Qərbi Azərbaycan, həm regionda gedən proseslərlə əlaqədar politoloq kimi davam edəcəm. Hər kəsə uğurlar diləyirəm. Efirlərdə görüşənədək.”
Tehsil-press.az