Qərbi Kaspi Universiteti “Apple” şirkəti ilə əməkdaşlıq edəcək

Qərbi Kaspi Universiteti “Apple” şirkəti ilə əməkdaşlıq edəcək Qərbi Kaspi Universitetində “Apple” şirkətinin nümayəndələrinin tələbələrlə görüşü təşkil olunub.
Görüşdə dünya brendi “Apple” şirkəti və onun məhsulları, iş prinsipləri, dəyərləri, məhsulların proqram təminatları barədə məlumat verilib. Tərəflər arasında razılaşmaya əsasən Qərbi Kaspi Universiteti və “Apple” arasında birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr tələbələrin yeni texnologiyalarla tanışlığı, təcrübə proqramlarında iştirakı və praktik biliklər əldə etməsi, onların işlə təmin olunması baxımından əhəmiyyətli olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər