Universitetə sənəd verən məktəbliləri MAŞIN VURDU: Xəstəxanaya yerləşdiriliblər

Universitetə sənəd verən məktəbliləri MAŞIN VURDU: Xəstəxanaya yerləşdiriliblər Mingəçevirdə KIA markalı avtomobillə vurulan piyadalar - 2008-ci il təvəllüdlü Ədalət Nəzərli və Murad Məmmədov məktəbli imiş.

11-ci sinif şagirdləri ali məktəbə sənəd veriblər və hadisə zamanı hazırlıqdan gəlirmişlər.

Abituriyentlər yolu keçərkən "KIA" markalı avtomobil idarəetməni itirərək onları vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mingəçevirdə maşının vurduğu piyadaların vəziyyəti açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"İyunun 2-si, saat 13:50-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar iki nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2008-ci il təvəllüdlü şəxsə sağ diz oynağının qapalı travması, digər 2008-ci il təvəllüdlü şəxsə isə burun nahiyəsinin əzilmiş yarası və bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozları təyin edilib.

Hazırda hər ikisinin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir".

17:46

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan KIA markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 2008-ci il təvəllüdlü Ədalət Nəzirli və 2008-ci il təvəllüdlü Murad Məmmədlini vurub.

Xəsarət alan şəxslərin vəziyyətləri hələ ki, məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər