Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN

Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN Göyçay rayonunda 23 yaşlı qadın itkin düşüb.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub. Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.

F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in "102" Xidməti- Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər