ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin iki F-18 qırıcısı Atlantika okeanında qəzaya uğrayıb.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə ABŞ-ın sahil mühafizəsi xəbər verib.
Xəbərdə deyilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin iki qırıcısı McDonnel Douglas F/A-18 Hornet Şimal Karolina sahilində qəza keçirib. Okeana düşmüş təyyarələrin pilotları vaxtında katapult edərək xilas ola biliblər.
McDonnel Douglas F/A-18 - 1970-ci illərdə hazırlanmış Amerika qırıcı-bombardmançısı və hücumçu təyyarəsidir. McDonnel Douglas F/A-18 bu gün ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin əsas döyüş təyyarəsi sayılır. Bu təyyarələr bir sıra Avropa və Asiya ölkələrinin hava qüvvələrində yer alır. Hərbi təyyarələr Liviya, İraq və Yuqoslaviya da hərbi əməliyyatlarda tətbiq edilib.
Tehsil-press.az