Rusiyanın 20-yə yaxın hərbi gəmisi Xəzərdə raket atışlarına başlayır

Rusiyanın 20-yə yaxın hərbi gəmisi Xəzərdə raket atışlarına başlayır Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının 20-yə yaxın qəmisi Xəzər dənizində təlimlərə başlayıb.

Tehsil-press.az-ın bu ölkənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, manevrlər çərçivəsində “Kalibr-NK”raket komlekslərindən atışlar həyata keçiriləcək. Məhz bu raket komplekslərindən Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarda istifadə olunub. O zaman Xəzər dənizindən Suriyaya atışlar Atışlar “Dağıstan” raket qəmisi, kiçik “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” gəmilərindənhəyata keçirilib. Açıq mənbələrdən əldə edilən məlumata görə, 3M-14 “Kalibr” raketləri dəniz üzərindən 350 km qədər, qurudan isə 1500 km-dək hədəfləri dəf edə bilir. Qeyd edək ki, Rusiya Xəzər donanmasına böyük əhəmiyyət verir. Məsələn, ölkə Suriyadakı hərbi əməliyyatlarda iştirak edən zaman Xəzər hövzəsindən geniş istifadə edib.

tehsil-press.az

Oxşar xəbərlər