ABŞ-da həbs olunan İran əsilli azərbaycanlı milyarder, qızıl taciri və Türkiyə üzərindən İran pullarının “yuyulmasını” təşkil edən Rza Zərrab girov müqabilində azadlığa çıxa bilməyəcək.
Tehsil-press.az xəbər verir ki, Rza Zərrabın həbsinə sanksiya verən Nyu York federal prokuroru Prit Bharara məhkəməyə təqdim etdiyi vəsadətdə şübhəlinin azadlığa buraxılacağı halda Türkiyəyə qaça biləcəyi və Amerika ədliyyəsinin onun ekstradisiyasına nail olmayacağı haqda xəbərdarlıq edib. “Rza Zərrab Türkiyəyə qaçsa rüşvət verib işlərini həll edəcək və onu geri qaytarmaq mümkün olmayacaq”-prokuror bildirib.
Mayamidən Nyu Yorka etap olunan Rza Zərrabın işi üzrə son məhkəmə iclasında prokuror Bharara Türkiyə prokurorarının 2013-cü il 17 dekabr rüşvət və korrupsiya həbsləri zamanı hazırladıqları dosyeni də dəlil kimi məhkəməyə təqdim edib. Həmin dosyedə Rza Zərrabın Türkiyə hökuməti nazirlərini rüşvətlə necə almasından bəhs olunur.
Məhkəmədə açıqlanıb ki, Rza Zərrab ailə üzvləri ilə birlikdə bu il martın 19-da Mayamiyə daxil olarkən üzərində gömrükdə bəyan edilmiş 103 min dollar nəğd pul olub. Prokuror bildirib ki, saxlanılarkən Rza Zərrabın üzərində ancaq Türkiyə pasportu olub. Hərçənd ki, onun Azərbaycan və İran pasportları da daşıdığı haqda məlumatlar var. FTB əməkdaşları tərəfindən ilkin dindirmə zamanı Zərrab son 10 ildə səyahət etdiyi ölkələrin Britaniya, başqa Avropa ölkələri, Çin, Sinqapur və Tailand olduğunu göstərib.
Lakin FTB əməkdaşlarının apardığı dindirmə zamanı Rza Zərrab Azərbaycana, Rusiyaya, Səudiyyə Ərəbistanına, Misirə və Livana etdiyi səhayətləri gizlədib. Prokuror Bharara deyib ki, Rza Zərrab həmin ölkələrə səyahət etmədiyini deməklə yalan söyləyib. Habelə onun İran və Makedoniya pasportları ilə hansı ölkələrə səyahət etdiyi araşdırılmalıdır.
Məhkəmədə prokuror Rza Zərrabın sərvətini düzgün bəyan etmədiyini də deyib, dəlilləri təqdim edib. Bu dəlillərdən biri də onun Türkiyə telekanallarından birinə müsahibəsində gündə 1 ton qızıl ixrac etdiyi haqda dedikləridir. Həmin kadrlar YouTube kanalından yüklənib və dəlil kimi təqdim olunub.
Rza Zərrab İrana aid pulların beynəlxalq sanksiyalardan yuyulması, ABŞ-ın İrana qarşı sanksiyaları müəyyən edən qanunlarını pozma, Birləşmiş Ştatların bank sistemini aldatma, beynəlxalq miqyaslı maliyyə maxinasiyaları ittihamları irəli sürülüb.
Tehsil-press.az