Rza Zərrabı ayaqları zəncirli hakim qarşısına gətirdilər

Rza Zərrabı ayaqları zəncirli hakim qarşısına gətirdilər Xəbər verdiyimiz kimi, bu axşam ABŞ-da saxlanılmış azərbaycanlı iş adamı, Türkiyə vətndaşı Rza Zərrabın ilk məhkəmə iclası keçirilib.

Tehsil-press.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Rza Zərrab məhkəmə zalına göy uniformada, ayaqları zəncirli, əlləri açıq şəkildə gətirilib.
Bildirilir ki, məhkəmə prosesi iyunun 16-na təxirə salınıb. Həmin gün məhkəmənin ikinci iclası keçiriləcək.
Bu gün Türkiyə vətəndaşı, Azərbaycan əsilli tanınmış iş adamı Rza Zərrabın məhkəməsi başlayır. Tehsil-press.az xəbər verir ki. bu barədə Nyu-York cənub bölgəsinin baş prokuroru Prit Bharara özünün "Twitter" mikrobloqunda yazıb.
"Müttəhim Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq", - prokuror yazıb. Həmçinin qeyd olunur ki, məhkəmə iclası yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq. Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda, bank sahəsində saxtakarlıqda və "çirkli pulları yuyulmasında" şübhəli bilinir.


tehsil-press.az

Oxşar xəbərlər