Culfada ağır qəza: 4 polis öldü

Culfada ağır qəza: 4 polis öldü Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini Qüdrət Quliyevin idarə etdiyi BMV markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərdən hamısı polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Tehsil-press.az

Oxşar xəbərlər