CAF modeli çərçivəsində müəyyən edilmiş təkmilləşdirmə istiqamətləri üzrə ümumi razılıq əldə olunub və prioritet sahələr seçilib. Növbəti icra mərhələsi üçün isə real və yüksək təsir imkanına malik fəaliyyət istiqamətləri üzrə vahid yanaşma formalaşdırılıb.
Bu mərhələnin tamamlanması ilə Dövlət İmtahan Mərkəzi CAF yol xəritəsinin tərtib olunmasını yekunlaşdıraraq ölkədə bu modeli aktiv şəkildə tətbiq etməyə hazırlaşan ilk dövlət qurum olub və sertifikatla təltif edilib.
Qeyd edək ki, CAF modeli Avropa ölkələrində dövlət qurumlarında səmərəli, şəffaf və keyfiyyətə əsaslanan idarəetmənin təşviqi məqsədilə geniş şəkildə tətbiq olunur. Layihənin əvvəlki mərhələlərində özünüqiymətləndirmə qrupunun üzvləri üçün intensiv təlimlər, ardınca isə konsensus vörkşopu keçirilib.
Tehsil-press.az







.jpeg)



