Qod Nisanova fəxri ad verildi

Qod Nisanova fəxri ad verildi Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov “Sankt-Peterburqun Fəxri Xeyriyyəçisi” adını alıb.

Məlumata görə, Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski “Kiyevskaya Ploşad”ın həmtəsisçisi Qod Nisanova “Sankt-Peterburqun Fəxri Xeyriyyəçisi” döş nişanını təqdim edib.

Qeyd olunub ki, mükafat humanitar işlərə və mədəni irsin qorunmasına verdiyi töhfələrə, o cümlədən Kronştadt Dəniz Katedralının və digər tarixi binaların bərpasına görə verilib.

Tehsil-press.az

Oxşar xəbərlər