Bakıda sinif yoldaşına xəsarət yetirən şagird saxlanıldı, digərinin vəziyyəti ağırdır

Bakıda sinif yoldaşına xəsarət yetirən şagird saxlanıldı, digərinin vəziyyəti ağırdır Bakıda sinif yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalan şagirdin vəziyyəti ağırdır.

Bu barədə cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.

2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub.

Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər