İlkin məlumata görə, Çevik Polis Alayına qarşı olan hücum terror aktı olub.
Bu gün səhər saatlarında İstanbulda baş verən partlayış nəticəsində ölənlər var. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hücum nəticəsində 2 mülki şəxs ölüb. 18 nəfər yaralanıb. Onlardan 8-i polislərdir. Yaralı polislərdən birinin vəziyyəti ağırdır.
Baş vermiş və terror aktı olduğu ehtimal edilən hadisə ilə bağlı yaxınlıqdakı universitetlərdə dərslər ləğv edilib. İstanbulda baş verən partlayışın bəzi təfərrüatları bəlli olub. İlkin məlumata görə, hadisə terror aktı olub. Hadisə yerindən yayılan fotolar da hücumun miqyasının böyüklüyündən xəbər verir.
Tehsil-press.az-ın məlumatına görə, hadisə şahidləri polis maşını keçərkən bir maşının onun yaxınlığında partladıldığını bildiriblər. Hələlik hücumun necə baş verdiyi dəqiqləşməyib. İlkin məlumata görə, 5 yaralı var. Hadisə ilə bağlı adıçəkilən ərazidə mağaza və evlərin şüşələri qırılıb. Yoldan keçən bir neçə maşına da ciddi ziyan dəyib. İkinci partlayış riski olduğu üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
Tehsil-press.az