Almaniyada güclü partlayış

Almaniyada güclü partlayış Şənbə günü, aprelin 16-sı, yerli vaxtla təxminən saat 19-da (Bakı vaxtı ilə 21-də) Almaniyanın Essen şəhərində keçirilən hind toyunda güclü partlayış baş verib.

Tehsil-press.az Almaniyanın «Bild» nəşrinə istinadən xəbər verir ki, hind icmasının üzvləri toy şənliyi keçirilən binaya daxil olan zaman güclü partlayış baş verib. Zərbə dalğası qonşu binalarda belə şüşələrin sınmasına səbəb olub. Hadisə nəticəsində yaralananlar var, onlardan ikisinin vəziyyəti ağırdır. Şəhərin sözügedən hissəsi polis tərəfindən nəzarətə götürülüb. Polis nümayəndəsi bildirib ki, partlayış, güman ki, qəsdən törədilib. Belə ki, partlayış verən an maskalı bir şəxs hadisə yerindən qaçıb. Araşdırmalar davam etdirilir.

tehsil-press.az

Oxşar xəbərlər