Türkiyə bu il meşə yanğınlarını söndürmək üçün Rusiya deyil, Azərbaycan pilotlarının xidmətindən istifadə edəcək.
Tehsil-press.az-ın məlumatına görə, buna səbəb kimi Ankara və Moskva arasında baş verən qırıcı qalmaqalı göstərilir. Muğla şəhərinin Meşə Bölgə Təşkilatının rəhbəri Mehmet Çelik deyib ki, rusları azərbaycanlılarla yanaşı Qazaxıstan və Ukrayna pilotları əvəz edə biləcək. Çelik bildirib ki, Muğla şəhərinin meşələrində baş verə biləcək yanğının qarşısını almaq üçün 1400 işçi təlimatlandırılıb: “68 faizi meşə ilə örtülən şəhərin yanğından mühafizəsi üçün 4 helikopter ayrılıb. Helikopterlərdən 3-ü artıq hazır vəziyyətə gətirilib. Həmçinin yanğınları söndürmək üçün 250 texniki personal, 33 su maşını və digər müvafiq texnika cəlb ediləcək. Amma bu il həmin helikopterləri Rusiya pilotları idarə etməyəcək. Belə bir addımın atılmasına səbəb iki ölkə arasında baş verən diplomatik gərginlikdir”.
Xatırladaq ki, Rusiya və Türkiyə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozan Rusiya qırıcısı Silahlı Qüvvələr tərəfindən vurulub. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya bu iddiaları rədd edib.
Noyabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırıb. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.
Tehsil-press.az