Yerevanda rəsmi səfərdə olan Çexiya prezidenti Miloş Zeman Azərbaycan və Ermənistan prezidentlərinə, 2002-ci və 2004-cü ildə olduğu kimi, Praqada görüşməyi təklif edib.
Tehsil-press.az erməni KİV-inə istinadən bildirir ki, Çexiya prezidenti bu barədə Ermənistan prezidenti Serj Sarkisyan ilə görüş zamanı bəyan edib.
Zeman Azərbaycan və Ermənistan prezidentlərinin konsensusa gələcəklərinə və Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olacaqlarına ümidvar olduğunu bildirib.
“Ermənistana səfərə qədər mən Azərbaycanda olmuşam. Mənim bəyanatlarım və mövqeyim harada olmağımdan asılı olmayaraq, dəyişməz olaraq qalır. Mən İlham Əliyevə Fransa və Almaniya arasındakı düşmənçiliyi xatırlatdım, bu ölkələr düşmənçiliyin öhdəsindən gəlməyi bacardılar. Ümidvaram ki, Azərbaycan və Ermənistan düşmənçiliyin öhdəsindən gəlməyi bacaracaqlar”, - o, sözünü yekunlaşdırıb.
Tehsil-press.az