Yerevanda cəbhədəki təxribatlara dəstək aksiyası

Yerevanda cəbhədəki təxribatlara dəstək aksiyası Yerevanda Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zonasında apardığı hərbi əməliyyatlara dəstək əlaməti olaraq keçirilən yürüş polis tərəfindən dağıdılıb.

Tehsil-press.az erməni mətbuatına istinadən xəbər verir ki, "Əsgərlərimizə dəstək" şüarı altında keçirilən aksiyanın 42 iştirakçısı saxlanılıb. Yürüş Yerevanın mərkəzində yerləşən Azadlıq meydanında başlayıb.
Etirazçılar oradan ölkə prezidenti Serj Sarkisyanın iqamətgahına getməyi planlaşdırıblar. Polis iqamətgaha gedən yolu və Baqramyan prospektinə çıxışı bağlayıb. Asayiş keşikçiləri 30 nəfərdən ibarət bir qrupun öz xahişlərini Sarkisyana çatdırmasını təklif edib, lakin təklif rədd edilib. Onların prezidentdən nə tələb etdikləri açıqlanmır.

tehsil-press.az

Oxşar xəbərlər