Merkel və Sərkisyan görüşdü

Merkel və Sərkisyan görüşdü Ermənistan prezidenti Serj Sərkisyan və Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.

Tehsil-press.az-n məlumatına görə, görüşdən sonra mətbuat konfransı təşkil edilib. Sərkisyanın Almaniya prezidenti Yoaxim Qauk, Bundestaqın rəhbəri Norbert Lammertom, ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşü planlaşdırılır. Sərkisyanın səfəri 2 gün davam edəcək.
Görüşlərin əsas mövzusu isə Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin kəskinləşməsi olub. Cəbhədə vəziyyətin gərginləşməsi Ermənistan rəhbərliyini narahat etməyə başlayıb. Xatırladaq ki, Sərkisyanın Berlinə gəlişini orada yaşayan azərbaycanlılar etirazla qarşılayıblar.
Ermənistan prezidenti Serj Sərkisyan rəsmi səfərlə Almaniyaya yola düşüb. Tehsil-press.az xəbər verir ki. bu barədə “RİA Novosti” məlumat verib.
Səfər çərçivəsində Sərkisyan Almaniya prezidenti Yoahim Qauk, federal kansler Angela Merkel, Bundestaqın sədri Norbert Lammert, həmçinin bu ölkənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşəcək. Danişiqlarda əsas mövzu Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi olacaq.

tehsil-press.az

Oxşar xəbərlər