Ramiz Mehdiyevin səhhəti pisləşdi – Ev dustaqlığında gərgin gecə

Ramiz Mehdiyevin səhhəti pisləşdi – Ev dustaqlığında gərgin gecə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevlə bağlı yeni məlumatlar var. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, gecə saatlarında Mehdiyevin səhhətində ciddi problem yaranıb və onun yaşadığı ünvana təcili tibbi yardım çağırılıb.

Saytın yazdığından belə aydın olur ki, Mehdiyevin ailəsi dövlətin Təcili Tibbi Yardım Xidmətinə müraciət etməyib. Mehdiyev üçün özəl klinikalardan birindən həkim briqadası dəvət edilib.

Həkimlərin ilkin tibbi müdaxiləsindən sonra Mehdiyevin vəziyyətinin stabilləşdiyi bildirilir. Məlumata əsasən, 86 yaşlı sabiq PA rəhbəri uzun müddətdir tənəffüs yolları ilə bağlı problemlərdən əziyyət çəkir və son günlər bu problemlər kəskinləşib.

Xatırladaq ki, Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən dövlət çevrilişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Mövzu ilə bağlı əlavə məlumat əldə etməyə çalışırıq. Yeni detallar olduqca oxucularımıza təqdim edəcəyik.

Tehsil-press.az

Oxşar xəbərlər