Zakir Qaralov suallara cavab verəcək

Zakir Qaralov suallara cavab verəcək Baş prokuror Zakir Qaralov Lerikdə 5 rayonun vətəndaşlarını qəbul edəcək.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, görüş iyunun 17-də saat 11:00-da Lerik rayon prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Lerik şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər