Bakıda övlad RƏZALƏTİ - Arvadına qarğış etdiyi üçün anasını döydü

Bakıda övlad RƏZALƏTİ - Arvadına qarğış etdiyi üçün anasını döydü Bakıda oğul arvadına qarğış edən anasını döyüb.

Hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.

Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Qabil Əliyev (soyad şərtidir) arvadından boşanıb və Ruslana adlı xanımla evlənib. Bir müddətdən sonra onun anası Ruslana ilə yola getməyib və ailədə mübahisələr başlayıb.

Bir neçə gün öncə Qabilin anası namaz qılmaq üçün dəstəmaz alarkən yuyunduğu qabda sabunlu su görüb. Məlum olub ki, Ruslana qadının dəstəmaz aldığı qabda əllərini sabunla yuyub və su da həmin qabda qalıb. 65 yaşlı qadın bunu kimin etdiyini soruşsa da, Ruslana boynuna almayıb. Qadın da əsəbi olduğundan həmin şəxsə qarğış edib.
Bunu eşidən Qabil evdən çölə çıxaraq anasından onun həyat yoldaşına qarğış etməsini irad tutub və ana-oğul arasında mübahisə yaşanıb. Mübahisə nəticəsində Qabil anasını yumruq və şillə zərbələri ilə döyüb.

Qadın bu barədə polisə müraciət edib. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə ana ilə övladı arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.

Tehsil-press.az

Oxşar xəbərlər