Bu kişilər xəyanətə meyilli olur

Bu kişilər xəyanətə meyilli olur Stresli həyat şəraitində kişilərin aldatma meyli qadınlara nisbətən daha yüksəkdir.

ABŞ-nin Bluminqton Universitetinin alimləri müəyyən ediblər ki, COVID-19 pandemiyasının ilk ilində aparılan tədqiqatda minlərlə heteroseksual cütlük iştirak edib. İştirakçılardan tərəfdaşlarının xəyanət hesab edə biləcəyi hərəkətlər barədə anonim sorğu toplanıb.

Nəticələrə görə, respondentlərin 19%-i pandemiya zamanı tərəfdaşlarını həm onlayn, həm də real həyatda aldatdıqlarını etiraf edib. Kişilər qadınlara nisbətən daha tez-tez belə istəyin artdığını bildiriblər və xəyanət faktını daha çox etiraf ediblər.

Alimlər qeyd edirlər ki, yaşlı şəxslər gənclərə nisbətən daha çox xəyanət edir. Bu, uzunmüddətli münasibətlərdə yığılan stres və məmnuniyyətin azalması ilə izah olunur.

Tehsil-press.az

Oxşar xəbərlər