"Həmin gün yüz toy dəvəti alsam da qəbul etməyəcəyəm" - Şəbnəm Tovuzlu

Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunu övladının nişan mərasiminə çağırdığını, amma gəlmədiyini bildirib.

Şəbnəm bunun səbəbini açıqlayıb. O bildirib ki, nişana gec dəvət alıb:

"Həmin gün 2 toy məclisim var idi. 12-nin yarısı sonuncu məclisdən çıxdım. Sumqayıtda olduğu üçün gedə bilmədim. Mənə məclisi 2 gün əvvəl deyib, artıq digər toy sifarişlərini almışdım. Bakıda olsaydı, gedib baş çəkəcəkdim. Oğlunun qarşıda toyu var, ora mütləq gedəcəyəm. Həmin gün yüz toy dəvəti alsam da qəbul etməyəcəm".

Tehsil-press.az

Oxşar xəbərlər