
Bu sözləri Əməkdar artist Teymur Əmrah "Gün ortası" verilişində deyib. Müğənni bu gün bayağı ifaçılar kimi tanınan sənətçilərdən danışıb:
"Niyə bu gün həmin musiqilər oxunur? Savadlı musiqiyə xidmət edən insanlar indi müasir oxuyan müğənnilər qədər yaxşı yaşaya, dolana bilmirlər. Mən sovet məktəbi görmüşəm, Onlar fikirləşir ki, həyata bir dəfə gəlmişəm, yaxşı yaşamaq, yaxşı ev istəyirəm. Onları qınamıram. Bir fikir deyərəm, xoşa gəlməz. Bu gün aldığımız nəvacib onlar qazandığı qədər deyil. Amma onların şəxsi işidir. Bu gün bahalı yox, ucuz yemək yeyərəm. Amma musiqiyə sadiq qalmışıq. Onlar istəsə, bizim oxuduğumuzu oxuya bilər".
T.Əmrah Ş.Tovuzlunun ifası ilə onu təəccübləndirməsindən danışıb:
"Şəbnəm Tovuzlu 20 il əvvəl gedir Bakı Musiqi Akademiyasına, deyir gəlmişəm oxumağa. Hansısa bir professor onun səsinə baxır ki, gözəldir. 2 ildən sonra eşidirsiniz ki, ariya oxuyur. Bir məclisdə Şəbnəm "Qatar" muğamı oxudu. 3 hissədən ibarətdir, ancaq qadınlar oxuyur və çətindir. Zil tələb olunur. Şəbnəm onu elə oxudu ki, zilə çıxdı, dəhşətə gəldim".(Axşam.az)
Tehsil-press.az