Monteneqroda hərbi vertolyot qəzaya uğrayıb

Monteneqroda hərbi vertolyot qəzaya uğrayıb Monteneqronun paytaxtı Podqoritsada Silahlı Qüvvələrə məxsus helikopter qəzaya düşüb.

RIA "Novosti”nin verdiyi xəbərə görə, bu barədə Monteneqro Milli Televiziyası məlumat yayıb. Hadisə bu gün günorta saatlarında Komanski körpüsü yaxınlığında baş verib. Hadisə yerinə polis və təcili yardım heyəti yollanıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.


Tehsil-press.az

Oxşar xəbərlər