Con Kerrinin səfərə gəldiyi Kabilə 3 raket atıldı

Con Kerrinin səfərə gəldiyi Kabilə 3 raket atıldı Əfqanıstanın paytaxtı Kabil şəhərinə ən azı 3 raket düşüb. Tehsil-press.az xəbər verir ki. Bu barədə «TOLO News» telekanalı məlumat yayıb.

Telekanalın «Twitter» mikrobloqunda qeyd edildiyinə görə, raketlər iki polis məntəqəsinin yaxınlığında yerə düşüb. Bildirildiyinə görə, şənbə günü ABŞ-ın dövlət katibi Con Kerri qəfildən Kabilə səfərə gəlib. Bir sıra KİV-in verdiyi məlumata əsasən, Əfqanıstanın paytaxtı Kabil şəhərinin diplomatik nümayəndəliklərin yerləşdiyi rayonunda partlayışlar baş verib. Tehsil-press.az bildirir ki, ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir. İnformasiya dəqiqləşdirilir.

tehsil-press.az

Oxşar xəbərlər