Gecə klubunda baş vermiş qətlin ŞOK DETALLARI — Hadisə yerindən VİDEO

Gecə klubunda baş vermiş qətlin ŞOK DETALLARI    —    Hadisə yerindən VİDEO Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb.

32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb.

Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:

"Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi".

Baku TV-nin hazırladığı süjeti təqdm edirik:



Tehsil-press.az

Oxşar xəbərlər