Metro qarşısında qətl, əmioğlu öz əmisioğlunu bıçaqladı

Metro qarşısında qətl, əmioğlu öz əmisioğlunu bıçaqladı Qətl şəxsi mübahisə zəminində baş verib.

Bakıda qətl hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan Tehsil-press.az-a verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsində-metronun "Həzi Aslanov" stansiyasının qarşısında qeydə alınıb. Masallı rayon sakini 1977-ci il təvəllüdlü Musa Nurulla oğlu Nurullayevlə əmisi oğlu arasında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib və Musanın əmisi oğlu ona döş qəfəsindən bıçaq zərbəsi endirib. M.Nurullayev aldığı bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutularaq istintaqa cəlb edilib. Qətl şəxsi mübahisə zəminində baş verib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ölkə ərazisində sonuncu qətl bir neçə gün əvvəl axşam saatlarında Xaçmaz rayonunun Xudat şəhərindəbaş verib. 80 yaşlı Fatma Ramazan qızı İbrahimxəlilova 53 yaşlı qonşusu Rafiq Məhəmməd oğlu Xudaverdiyev tərəfindən bıçaqla qətlə yetirilib. Mərhuma 7 bıçaq zərbəsi endirilib. Hadisəni törədən Rafiq Məhəmməd oğlu Xudaverdiyev Xudat Şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.


Tehsil-press.az

Oxşar xəbərlər