Dünya birjalarında qızılın qiyməti son bir həftənin ən yüksək səviyyəsinə yüksəlib. Bəs yerli bazarda qızılın qiyməti nə qədərdir?Qızıl mağazalarından birinin sahibi Nadir Ağaverdiyev açıqlamasında bildirib ki, hazırda qızıl yenidən ciddi şəkildə bahalaşıb. Onun sözlərinə görə, bu dəfə qiymət artımında Türkiyə amili də mühüm rol oynayır:
“Bizim bazarda qiymətlər əsasən Türkiyə bazarı ilə tənzimlənir. Hazırda 585 əyar qızıl 178 manat, 750 əyar qızıl isə 228 manatdan satılır. Dünyada sabitlik yaranmadığı müddətdə yaxın zamanda ucuzlaşma gözlənilmir”.
N. Ağaverdiyevin sözlərinə görə, bazarda alıcılıq qabiliyyətini ümumilikdə pis qiymətləndirmək olmaz:
“Sadəcə qiymət artımı səbəbindən əvvəllər 10 qram alan alıcılar indi 5 qram almaq məcburiyyətində qalırlar”.
Tehsil-press.az










