Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxardı

Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxardı Türkiyənin Mərkəzi Bankı ölkənin bütün qızıl ehtiyatını ABŞ Federal Ehtiyatından çıxarıb. Burada Türkiyənin qızıl ehtiyatları qorunmaq üçün saxlanırmış.
Mənbəyə görə, ABŞ-da saxlanan qızıl külçələrinin sayının azaldılması ilə bağlı qərar Ankara tərəfindən bir sıra regional və ikitərəfli mövzulara görə ABŞ-la münasibətlərin pozulması üzündən verilib.
Federal Ehtiyatdan qızılın mütəmadi çıxarılmasına 2017-ci ildə başlanıb. O vaxt ABŞ-da Türkiyəyə məxsus 28,7 ton qızıl saxlanırdı.
Türkiyə Mərkəzi Bankının hesabatından da bunu aydın görmək mümkündür. Belə ki, 2016-cı ilin hesabatına görə, ABŞ-da saxlanan qızıl ehtiyatının həcmi 28 min 689 kiloqram göstərilir. 2017-ci ilin hesabatında isə həmin xanada heç bir rəqəm yoxdur.
AŞ-dan çıxarılmış qızılın bir hissəsi Türkiyəyə gətirilib, digər hissəsi isə qorunub saxlanmaq üçün Avropada – Böyük Britaniyanın Mərkəzi Bankında və İsveçrənin Beynəlxalq Hesablaşmalar Bankında yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər