Türkiyədə növbəti terror aktı

Türkiyədə növbəti terror aktı Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib.

Tehsil-press.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.


Tehsil-press.az

Oxşar xəbərlər