İstanbulda törədilmiş terror aktında yaralanmış azərbaycanlının kimliyi məlum olub

İstanbulda törədilmiş terror aktında yaralanmış azərbaycanlının kimliyi məlum olub İstanbulda törədilən partlayışda yaralanan azərbaycanlının kimliyi məlum olub.

Yaralanan Azərbaycan vətəndaşı Murad Mirəliyevdir. Şamaxı rayonunda yaşayan əslən axısxa türkü olan M.Mirəliyev ayağından yaralanıb. O, Haseki Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zərərçəkən APA-nın Türkiyə müxbirinə artıq əməliyyat olunduğunu deyib. O bildirib ki, vəziyyəti normaldır, özünü yaxşı hiss edir. Yaralı İstanbulda yaşayan qohumlarına baş çəkmək üçün bu şəhərə səyahət etdiyini deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 12 nəfər - 7 polis əməkdaşı, 5 mülki şəxs ölüb. Hadisə nəticəsində 35 nəfər yaralanıb ki, onlardan da 2-nin vəziyyəti ağırdır.Hadisəni PKK terror təşkilatının törətdiyi ehtimal olunur. Qeyd edək ki, məlumatların yayılması ilə bağlı artıq mətbuata qadağa qoyulub. Media yalnız rəsmi məlumatları yaya bilər.


Tehsil-press.az

Oxşar xəbərlər