Gömrük Komitəsindən şikayətçi olan yazıçı: “Qorxurlar”

Gömrük Komitəsindən şikayətçi olan yazıçı: “Qorxurlar” Bir neçə gün əvvəl yazıçı Xeyrəddin Qoca Dövlət Gömrük Komitəsindən (DGK) şikayətçi düşüb və Prezident Əliyevə müraciət ünvanlayıb.

O, müraciətində DGK-da çalışan qızı Aygün Qocaya haqsızlıq edilərək vəzifəsi və əmək funksiyasının dəyişdirildiyini bildirib.

Yazıçı qızına qarşı qanunsuz əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpasını komitədən tələb edib.

“Cavab nə olacaq, hələ bilinmir, hələ heç bir nəticə yoxdur. Yəqin ki, tədbir görülər. Hələ ki, gözləyirik, görək cavabları nə olacaq. Gömrük Komitəsi mətbuata da açıqlama vermir, çünki qorxur”, - deyə X. Qoca DGK ilə çəkişməsinin bitmədiyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər